2019-cu ilin şöbəsi – İnsan resurslarının idarəolunması şöbəsi
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) cari ilin yekunları ilə bağlı keçirilmiş sorğuya əsasən, İnsan resurslarının idarəolunması şöbəsi 2019-cu ilin şöbəsi seçilmişdir.
Bu münasibətlə Cəmiyyət adından İnsan resurslarının idarəolunması şöbəsinin əməkdaşlarını təbrik edir, yüksək peşəkarlıqlarına görə onlara dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Cəmiyyətin bütün əməkdaşları qarşıya qoyulan hədəflərə nail olunması üçün daim böyük əzmlə çalışacaq, nümunəvi fəaliyyətləri ilə fərqlənəcəklər.