“Mərəh” qızıl yatağı “Çovdar” yatağından şimalda, Göygöl rayonunun ərazisində yerləşir. Yataq 22 yanvar 2018-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən kəşf edilib.
22 iyul 2021-ci ildə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib.
Yataqdan hasil edilən filizlərin emalı ÇİRES-də həyata keçirilir. Bu da kapital və əməliyyat xərclərinin azalmasına, layihənin iqtisadi səmərəliliyinin daha da artmasına zəmin yaradır. Yataq üzrə satılabilən qızıl ehtiyatı 37,414 unsiya təşkil edir.