Sərfəlilik
Hazırda yerli maliyyə bazarında xarici valyutada təklif edilən mövcud əmanət faizlərindən daha sərfəlidir.
Sabit gəlirlilik
Sizə tədavül müddəti ərzində sabit gəlir qazanmaq imkanı verir. Yatırım etdiyiniz məbləğdən əlavə faiz dərəcəsi (kupon) üzrə məbləği, yəni əlavə gəlirinizi də əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda əldə edirsiniz.
Etibarlılıq
Etibarlılıq təminatçısı dünya bazarlarında daim yüksək təlabatlı qızılın böyük ixrac potensialına malik, yüksələn templə inkişaf edən dağ-mədən sektorunda mənfəətlə çalışan dövlət şirkəti – “AzerGold” QSC-dir.
“AzerGold” istiqrazları
Azərbaycan qeyri-neft sektorunun ən böyük ixracatçılarından birin olan "AzerGold" QSC ilk dəfə olaraq 2020-ci ildə Bakı Fond Birjası vasitəsi ilə geniş xalq kütləsi üçün əlçatan istiqrazlar tədavülə buraxıb.
İstiqrazların parametrləri
• Nominal dəyəri – 100 ABŞ dolları;
• Ümumi emissiya həcmi – 20,000,000 ABŞ dolları;
• Tədavül müddəti – 3 il;
• İllik gəlirlilik faizi – 4 %;
• Kupon faizlərinin ödəniş müddəti – 90 təqvim günündən bir;
• Kupon faizlərinin ödəniş dövrü – rüblük olaraq ildə 4 dəfə.
Hərracın nəticələri
• İstiqrazların emissiyası Bakı Fond Birjasında iki tranş üzrə, rəqabətli hərrac üsulu ilə keçirilib;
• Həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracda tələb kifayət qədər yüksək olub, təklifi orta hesabla 2 dəfədən çox üstələyib, orta ölçülmüş qiyməti isə 3.35% müəyyən edilib;
• Ölkəmizin maliyyə bazarı üçün ən əlverişli şərtlərlə təqdim edilən investisiya alətlərindən hesab olunan “AzerGold” istiqrazları vətəndaşlara etibarlı və mənfəətli investisiya, əlavə gəlir qazanmaq imkanı yaradıb.