"Ağyoxuş" yatağı

“Ağyoxuş” qızıl yataqları qrupu "Çovdar" qızıl yatağından 14 km şimal-şərqdə, Göygöl və Daşkəsən rayonlarının inzibati ərazisində yerləşir. Yataqlar qrupu 2017-ci ildə “AzerGold” QSC-nin geoloqları tərəfindən kəşf edilib.

“Ağyoxuş” ehtiyatlarının həcminə görə nisbətən kiçik olsa da, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yataqlar qrupunun əlavə kapital qoyulmadan, eləcə də yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradıb.

Yataqlar qrupu “Ağyoxuş-1”, “Ağyoxuş-2” və satellit qızıl yataqlarından ibarətdir. “Ağyoxuş-1” yatağı üzrə hasilat işləri 2020-ci ilin noyabr-2021-ci ilin dekabr ayları ərzində icra edilib. Nəticədə 19,829 unsiya həcmində qızıl hasil edilib. “Ağyoxuş-2” və satellit qızıl yataqları isə növbəti illərdə istismara veriləcək. Yatağın satılabilən qızıl ehtiyatı 31,507 unsiya təşkil edir.

Digər layihələr