“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Təqaüdü ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələrinə verilir.

Təqaüd aşağıdakı məqsədlərlə verilir:

  • Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək olmaq;
  • Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
  • İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə proqramlarında iştirakı üçün şərait yaratmaq və nəzəri biliklərinin real təcrübəyə çevrilməsində yardımçı olmaq.

 

Təqaüd müsabiqə keçiriləcək akademik tədris ilinin 9 ayı üçün verilir.

Təqaüdün aylıq məbləği 200 manatdır.

Təqaüd müsabiqədə keçirilən imtahandan (1-ci tur) müvəffəqiyyət qazanıb Təqaüd komissiyasının müsahibəsindən (2-ci tur) uğurla keçən tələbələrə verilir.

  • Dağ-mədən mühəndisliyi;
  • Geologiya;
  • Ekologiya;
  • Kimya mühəndisliyi;
  • Metallurgiya;

Təqaüdü qazanmaq üçün müraciət edən namizədlərə dair tələblər:

Müsabiqə Proqramda qeyd olunan sahələr üzrə Azərbaycan Respublikasının ATM-lərinin müvafiq ixtisaslarında təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələri arasında keçirilir.

  • Qeyd olunan ixtisasların siyahısı tələbə uyğun olaraq dəyişdirilə bilər.
  • Yalnız aşağıdakı şərtlərə cavab verən tələbələr Təqaüd almağa iddiaçı ola bilər:
    • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
    • ATM-in yalnız bakalavriat və magistr səviyyəsində əyani təhsil alan sonuncu kurs tələbələrin müsabiqədə iştirakı mümkündür;
    • ATM-in tələbələrinin Müsabiqəyə müraciət tarixinədək ümumi orta müvəffəqiyyət göstəricisi “C" (71-80 bal) qiymətindən aşağı olmamalıdır;
    • Namizəd eyni zamanda (Müsabiqəyə müraciət zamanı) Cəmiyyət ilə rəqabətdə olan digər şirkətlərin təqaüdçüsü olmamalıdır;
    • Namizəd Cəmiyyət ilə rəqabətdə olan digər şirkətlərdə (Müsabiqəyə müraciət zamanı) çalışmamalıdır;
    • Cəmiyyətin törəmə şirkətlərində, habelə Cəmiyyətin podratçı və ya subpodratçı şirkətlərində (Müsabiqədə iştirak zamanı) çalışmamalıdır.
  • Müsabiqəyə müraciət üçün namizədlərin elektron qeydiyyatdan keçməsi zəruridir.

Müsabiqənin keçirilmə qaydaları:

  • Müsabiqə haqqında elan Cəmiyyətin veb-səhifəsində və sosial şəbəkə hesablarında yerləşdirilir.
  • Müsabiqə iki turdan (test imtahanı və müsahibə mərhələsi) ibarətdir.
  • Test imtahanı 40 sualdan (Məntiq, Dünyagörüş və İxtisas haqqında testlər) ibarətdir.
  • Hər bir test sualının cavabı 1 bal olaraq hesablanır.
  • Tələbələrdən test imtahanından (1-ci tur) ən çox bal toplamış 20 namizəd müsahibəyə (2-ci tura) buraxılır.
  • Namizədlər müsahibəyə gələrkən mütləq özləri ilə şəxsiyyət vəsiqəsi, tələbə bileti və transkriptin əslini gətirməlidirlər.
  • Namizədlər ilə müsahibələr (2-ci tur) Komissiya tərəfindən aparılır.
  • Hər bir namizədin hazırlığı müəyyən meyarlar (ixtisas bilikləri, təşəbbüskarlıq, peşəkar bacarıqlar, dünya görüşü və şəxsi keyfiyyətlər) üzrə Komissiya tərəfindən müvafiq qiymətləndirmə şkalasına (100 ballıq) görə müəyyən edilir.
  • Müsabiqə qalibləri Komissiya tərəfindən namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müvafiq cədvələ əsasən müəyyən edilir. Komissiya tərəfindən aparılan qiymətləndirmə zamanı müvafiq olaraq ən yüksək bal toplamış ATM tələbələrindən 10 namizəd qalib qismində elan olunacaq.
  • Müsabiqədə ən çox bal toplamış namizədlərin siyahısı təqaüdlərin təyin edilməsi üçün Cəmiyyətin İdarə Heyətinin sədrinə təqdim edilir. Müsabiqə qaliblərinin siyahısı təstiqləndikdən sonra qaliblər ilə müvafiq müqavilələrin bağlanması həyata keçirilir

Müraciət forması

Şəxsi məlumatlar

Təhsil məlumatları

İş yeri (Hazırda çalışdığınız iş yeri varsa aşağıdakı məlumatları qeyd etməlisiniz)

Zəruri sənədlər

Tələb olunan sənədləri 1 faylda, 3 səhifədə (hər səhifədə sənəd orijinal ölçüdə və PDF formatında olmalıdır) yükləməyiniz zəruridir. Sənədlərin natamam yüklənməsi müsabiqə qaydalarına ziddir.

Xahiş edirik xananı doldurun