1964-cü ildə kəşf edilmiş “Mazımçay” mis yatağı Balakən rayonunda, “Filizçay” yatağından 2-3 km-lik məsafədə yerləşir. Yataq üzrə ehtiyatların ilkin qiymətləndirilməsi və yatağın perspektivliyinin ölçülməsi məqsədilə 2020-2022-ci illərdə təfərrüatlı kəşfiyyat işləri aparılıb. “Mazımçay”ın müstəqil şəkildə istismarı iqtisadi cəhətdən səmərəli hesab olunmadığı üçün “Filizçay” polimetal yatağında aparılan metallurji testlərin nəticəsindən asılı olaraq birgə istismarı planlaşdırılır.