“AzerGold” QSC-nin rəhbərliyi bəyan edir ki, Cəmiyyət öz ekoloji siyasətində əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması zamanı ətraf mühitin qorunması və təbii ehtiyatlardan dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə istifadəni əsas götürür. Cəmiyyət həmçinin öz fəaliyyətində:
- Təbii ehtiyatların mühafizəsi ilə bağlı respublikamızın tərəfdaş çıxdığı beynəlxalq müqavilə və konvensiyaların şərtlərinə (sazişlər, protokollar və s.), və eyni zamanda yerli qanunların tələblərinə riayət edir;
- Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir;
- Ətraf mühitə mənfi təsirin qarşısını alan qoruyucu və qabaqlayıcı tədbirlər görür;
- Fəaliyyət göstərdiyi sahələrdə ekosistemlər üçün yarana biləcək ekoloji riskləri maksimum səviyyədə azaltmağa çalışır;
- Fəaliyyətində Ətraf mühit üzrə İdarəetmə sistemini tətbiq edir;
- Ətraf mühitin qorunması, əhalinin sağlamlığı, təbii ehtiyatlardan səmərəli istifadə sahəsində dövlət, hökumət orqanları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsini həyata keçirir;
- Ətraf mühitin mühafizəsinə dair ictimai fəal mövqe nümayiş etdirir;
- Əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənmə prosesləri zamanı ətraf mühitə təsirinin davamlı monitorinqini həyata keçirir.
“AzerGold” QSC ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyinin və ekoloji siyasətin öhdəliklərini yerinə yetirilməsi aşağıdakı əsas mexanizmlər müəyyən edir:
- Ətraf mühit üzrə İdarəetmə sisteminin tələblərinə uyğun olaraq, bu sistemin tətbiqi və habelə tətbiqinin təkmilləşdirilməsi üçün davamlı nəzarət və daxili islahatlar həyata keçirir;
- Ətraf mühitə mənfi təsirin azaldılmasına yönəldilmiş ölçülə bilən ekoloji və korporativ sosial məsuliyyət üzrə hədəflərin müəyyən edilməsi və həmin hədəflərə çatmaq üçün lazımi resursları səfərbər edir;
- Cəmiyyətin ümumi fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi zamanı ekoloji aspektlərin mütləq şəkildə nəzərə alınması və bu istiqamətdə risklərin qiymətləndirilməsini təmin edir;
- İstehsalat fəaliyyətinin ən mühüm ekoloji aspektləri üzrə müntəzəm monitorinqin keçirilməsi, bu monitorinq nəticələrinin təhlili və bu təhlillər əsasında ətraf mühitin mühafizəsi üzrə Cəmiyyət tərəfindən maliyyələşdirilmiş məqsədli Proqramlar və planlar işləyib hazırlayır: Bu proqramlar prioritet olaraq aşağıdakı sahələri əhatə edir:
- ətraf mühitə atılan çirkləndirici tullantıların azaldılması;
- tullantıların yerləşdirilməsi və su obyektlərinin qorunmasına nəzarət;
- səmərəli şəkildə torpaqdan istifadə və pozulmuş torpaqların keyfiyyətli rekultivasiyası.
- Cəmiyyətin fəaliyyət göstərdiyi regionlardakı fəaliyyətinin ekoloji aspektlərinə aid olan, tətbiq edilən qanunverici və digər tələblərin Cəmiyyətin hər bir işçisi tərəfindən öyrənilməsinin, başa düşülməsinin və təcrübədə tətbiq edilməsi təşviq və nəzarəti təşkil edir;
- Ətraf mühitin mühafizəsi və sənaye təhlükəsizliyinin yüksəldilməsi tələblərini nəzərə alaraq, mövcud texnoloji avadanlıqları və texnologiyaları müasirləşdirmək, bu tələblərə cavab verən mütərəqqi texnologiyaları tətbiq etməklə ekoloji cəhətdən daha az mənfi təsir yaradan materiallardan istifadə edir;
- Resurslara qənaət, enerji məsrəflərinin azaldılması, müasir tullantısız və ya az tullantılı texnologiyaların tətbiqi üzrə proqramlar formalaşdırır, müəyyən olunmuş məqsədlərə çatmaq üçün bu istiqamətdə ildə 1 dəfə olmaqla müvafiq təhlil və düzəlişlər həyata keçirir;
- Bu siyasətin öhdəliklərini, Cəmiyyətin obyektlərində çalışan subpodratçılar da daxil olmaqla, bütün əlaqədar şəxslərin diqqətinə çatdırılır.
AzerGold” QSC bütün prinsiplərə əməl etməklə iş prosesi zamanı ətraf mühitə zərər vura biləcək təhlükələrin önlənilməsi və ya minimuma endirilməsi üçün, milli qanunvericilik çərçivəsində bütün uyğun vasitələrdən istifadə etməklə və bütün prinsiplərə əməl etməklə həyata keçirir.