“Ortakənd” yatağı

“Ortakənd” qızıl yatağı Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir. Yataq 2018-ci ildə kəşf olunub. 2018-2022-ci illərdə “AzerGold” QSC-nin geoloqları tərəfindən yataqda geoloji kəşfiyyat işləri, o cümlədən buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib.

Yatağın yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Hazırda aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi, səmərəli hasilat və emal texnologiyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Digər layihələr