“Nəsirvaz” qızıl təzahürü sahəsi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşir. Sahə 1952-ci ildə kəşf olunub. “Nəsirvaz” sahəsində 2023-cü ilin ikinci yarısından mərhələli axtarış-qiymətləndirmə işləri aparılır. Sahədən götürülmüş yerüstü sınaq nümunələri laboratoriya şəraitində analiz olunur. Laborator analizlərin nəticəsindən asılı olaraq əlavə kəşfiyyat işləri planlaşdırılacaq.