“Başkənd” mis yatağı Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir. Yataq 1967-ci ildə kəşf olunub. Yatağın perspektivliyi "AzerGold" QSC tərəfindən 2018-ci ildən başlanan axtarış-qiymətləndirmə işləri nəticəsində müəyyənləşib. Yataqda geoloji tədqiqatlar davam etdirilir.