"Şorbulaq" təzahür sahəsi

“Şorbulaq” qızıl-polimetal təzahürləri sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib. Təzahür sahəsində qızıl, xrom və civə metallarının olduğu proqnozlaşdırılır.

2024-cü ildə “Şorbulaq”da geoloji tədqiqatlara başlanılıb. Hazırda minalardan təmizlənmiş 3 min 438 hektar ərazinin hüdudlarında axtarış-qiymətləndirmə işləri davam etdirilir.

Digər layihələr