“Tülallar” qızıl yatağı Göygöl rayonunun ərazisində yerləşir. “Tülallar” ötən əsrin 80-ci illərində potensial filizləşmə zonası kimi müəyyən edilmiş, 2017-ci ildən “AzerGold” QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilmiş qızıl yatağıdır. Yataq üzrə hasilat prosesinə Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə başlanıb. Yatağın satılabilən qızıl ehtiyatı 79,755 unsiya təşkil edir.