"Çovdar" yatağı

Daşkəsən rayonunun şimal hissəsində eyniadlı kəndin yaxınlığında yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Səhmdar Cəmiyyəti tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın çıxarılabilən qızıl ehtiyatı 179 min unsiya həcmində hesablansa da, istismar işləri zamanı həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın çıxarılabilən qızıl ehtiyatı 609 min unsiyayadək artırılıb.

"AzerGold" QSC tərəfindən 2017-2021-ci illər ərzində yatağın birinci fazası – oksid mərhələsi üzrə istismar işləri tam icra edilib. Oksid fazası üzrə 243,355 unsiya həcmində qızıl hasil edilib. "Çovdar" qızıl yatağının ikinci fazası – sulfid mərhələsi üzrə istismar işlərinə 2020-ci ilin sentyabr ayında başlanılıb. Sulfid fazası üzrə satılabilən qızıl ehtiyatı 366,122 unsiya hesablanıb.

 

Digər layihələr