Bakı Fond Birjasında “AzerGold” QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
25.01.2024
17:10
10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
29 yanvar 2024-cü il tarixində QSC-nin ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal dəyəri |
İllik faiz dərəcəsi |
Hərrac tarixi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2003019877 |
Faizli təmin edilməmiş sənədsiz adlı |
200 000 (ədəd) |
100 ABŞ dolları |
6% |
29.01.2024 |
3 il |
90 təqvim günündən bir |
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Mənbə: bfb.az