Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
21.09.2020
15:13
18 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Kapital İŞ” QSC-nin yerləşdirmə üzrə anderrayter qismində çıxış etdiyi, ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan və “AzerGold” QSC-yə aid istiqrazların birinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 24 sentyabr tarixində saat 11.00-da həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2001019879 |
Faizli təmin edilməmiş sənədsiz |
100 000 (ədəd) |
100 USD |
4% |
3 il |
90 təqvim günündən bir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” ( https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
Mənbə: pashacapital.az,