Əzizağa Qasımov

Maliyyə şöbəsinin Mühasibatlıq sektorunun mütəxəssisi

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi dövründə fədakarlıq edərək, şöbə üzrə üzərinə daha çox iş yükü götürmüş və bu müddət ərzində səmərəli fəaliyyət göstərmişdir. Mühasibatlıq sahəsində yüksək bilik və bacarıqlara malik olan Əzizağa Qasımov operativliyi, çevik qərarlar qəbul etməsi və ən əsası zəhmətkeşliyi ilə fərqlənmişdir.

 

 

Fizuli Sadıqov

Çovdar filiz emalı sahəsinin Topa qələviləşdirmə sahəsinin nəzarətçisi

Mədən ərazisində nümunəvi xidməti ilə seçilməyi bacarmışdır. Fövqəladə hallar komissiyasının təlimatlarına uyğun olaraq vəzifəsini operativ və qüsursuz formada icra edən Fizuli Sadıqov işinə daim məsuliyyətlə yanaşmış, Cəmiyyətin ümumi fəaliyyətinə töhfə vermişdir.

Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkar fəaliyyətə görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.