Məmmədağa Talıbov

ÇFES-nin mədən menecerinin köməkçisi

“Çovdar” Filiz Emalı Sahəsinin (ÇFES) mədən menecerinin köməkçisi Məmmədağa Talıbov vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirərək Cəmiyyətin istehsalat fəaliyyətinə öz töhfələrini vermişdir. Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan M.Talıbov daim öyrənmək, bilik və bacarıqlarını inkişaf etdirmək əzmi ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.

Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.

 

Şahid Abuşov

Ümumi şöbənin Sənədlərlə iş və arxiv sektorunun Aparıcı mütəxəssisi

Ümumi şöbənin Sənədlərlə iş və arxiv sektorunun Aparıcı mütəxəssisi Şahid Abuşov koronavirus pandemiyasının yaratdığı çətinliklərə və cari ilin əvvəlində çalışdığı şöbənin ağır iş yükünə baxmayaraq bütün tapşırıqların öhdəsindən vaxtında və layiqincə gəlməyi bacarmışdır. Həmkarımız əzmkar fəaliyyəti ilə Ümumi şöbənin uğurlu fəaliyyətinə öz töhfəsini vermişdir. Belə ki, Ş.Abuşov Cəmiyyətin bütün struktur bölmələri tərəfindən göndərilən Sənədlərin, xidməti yazıların, aylıq və illik hesabatların, müxtəlif təqdimatların qrammatik və stilistik baxımdan yoxlanmasını, gecikdirilmədən qeydiyyata alınmasını yüksək peşəkarlıqla təmin etmişdir.