Fuad Əsgərzadə
Geoloji kəşfiyyat şöbəsinin “Çovdar” Filiz Emalı Sahəsi üzrə Aparıcı geoloqu
Cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin “Çovdar” Filiz Emalı Sahəsi üzrə Aparıcı geoloqu Fuad Əsgərzadə şirkətin strateji istiqamətlərinə uyğun olaraq Geoloji kəsfiyyat proqramlarının icrasında yüksək peşəkarlıq və müstəsna fədakarlıq göstərmişdir. Bu mənada “Çovdar” yatağının mərkəzi hissəsində sulfid filizlərinin kəşiyyatı işlərində, yatağın resurslarının artırılmasında Fuadın da əməyi danılmazdır. Bununla yanaşı Cəmiyyətin geoloqları tərəfindən kəşf edilən “Ağyoxuş” və “Mərəh” qızıl yataqlarının aşkar edilməsi, resurslarının hesablanması və istismara hazırlanmasında həmkarımızın mühüm xidmətləri olmuşdur.
Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.
Orxan Səfərov
Hüquq şöbəsinin Baş hüquqşünası
Cəmiyyətin Hüquq şöbəsinin Baş hüquqşünası Orxan Səfərov ixtisası üzrə dərin bilik və bacarıqlara sahib olmaqla işinə qarşı hədsiz məsuliyyətli yanaşması, nümunəvi davranışı, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə icra etməsi ilə xüsusi hörmət və rəğbət qazanmış əməkdaşlarımızdandır. Həmkarımız Cəmiyyət tərəfindən 2 tranş üzrə ümumilikdə 20 milyon manat məbləğində istiqrazların emissiyası, “Daşkəsən” dəmir filizi, kontragentlərlə problemli məsələlərin həlli istiqamətində Cəmiyyətin mövqeyinin qorunması və digər layihələrlə bağlı hüquqi prosedurların yerinə yetirilməsi istiqamətində qüsursuz fəaliyyəti ilə bu sahədəki münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynamış, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə tamamlanmasına dəstək olmuşdur.