Gülnar Kazımlı

Hüquq şöbəsi

Müqavilələrin idarəçiliyi sektoru

Aparıcı hüquqşünas

Hüquq şöbəsinin Müqavilələrin İdarəçiliyi sektorunun aparıcı hüquqşünası Gülnar Kazımlı çalışqanlığı, peşəkar fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. Həmkarımız ötən dövr ərzində verilən tapşırıqları vaxtında və dəqiq icra etmiş, xüsusilə yeni proqram təminatına keçidlə əlaqədar Hüquq şöbəsinin idarəçiliyində olan müqavilələrin sistemə inteqrasiyasını uğurla həyata keçirmişdir. Həmçinin G.Kazımlı Hüquq şöbəsinə daxil olan sorğuların cavablandırılması, rəylərin verilməsi, mürəkkəb müqavilələrin, hesabatların hazırlanmasında aktiv iştirak etmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan G.Kazımlı mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.