Avqust 2018-ci il

Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin aparıcı mütəxəssisi Salmanzadə Ayxan və mütəxəssisi Alməmmədov Vəli

 

Belədir ki, Ayxan Salmanzadə Cəmiyyətin xərclərinin optimallaşdırılması, layihələr üzrə maliyyə modellərinin hazırlanması, maliyyə vəziyyətinin təhlili və layihələr üzrə səmərəliliyinin artırılması istiqamətlərində bilavasitə iştirak etmişdir. Mədən hasilatı səməriliyinin artırılmasında uğurlu və uyğun dünya təcrübəsinin öyrənilməsi, həmin təcrübələrin Cəmiyyətin gələcək fəaliyyətində tətbiq edilməsi imkanlarının araşdırılmasında fəal iştirak etmişdir. Eyni zamanda, Aykhan Salmanzadə Chartered Financial Analyst (CFA) I imtahanını müvəffəqiyyətlə başa vurmuş və Sertifikatlaşdırılmış Maliyyə Analitiki peşəkar dərəcəsini əldə etmişdir.

Vəli Alməmmədov – Cəmiyyətin fəaliyyəti nəticəsində istehsal olunan qızıl və gümüş tərkibli xəlitələrin ixracı prosesinin təşkili, koordinasiyası və müstəqil şəkildə idarə edilməsinə önəmli töhfə vermiş. O, təsvir olunan işlərə peşəkarlıqla yanaşmış və yüksək məsuliyyət nümayiş etdirmişdir. Eyni zamanda, Cəmiyyət tərəfindən icra olunan digər layihələrin planlaşdırılmasında da aidiyyəti dəstək göstərmişdir.

Onlara Cəmiyyət üçün səmərəli fəaliyyətlə məşğul olduqları, işlərinə duyduqları sevgiyə və yüksək motivasiya şəraitində işlədiklərinə görə minnətdarlığımızı bildiririk.