Sentyabr 2018-ci il

Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin mütəxəssisi Zeynalova Sehrin Əzizağa qızı


Cəmiyyətin istehsalatla əlaqədar podratçıları ilə işlərini düzgün koordinasiya etmiş, ona tapşırılan hesabatları vaxtında hazırlamış, gündəlik fəaliyyətində rəhbərliyə əlvan metal istehsalı və satışı ilə əlaqədar hesabatın tam şəkildə təqdim edib. Sehrin xanım xarici şirkətlərlə yazışmaların həyata keçirilməsi və koordinasiyası, sənədləşmə prosesində işlərin öhdəsindən tam şəkildə gəlməsi və yüksək peşəkarlığı ilə fərqlənmişdir.

Cəmiyyətimiz adından ona bu əməyinə görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.

Arzu edirik ki, Cəmiyyətin bütün əməkdaşları Cəmiyyət qarşısına qoyulmuş hədəflərin icra edilməsində nümunəvi fəaliyyət nümayiş etdirəcək və öz işində uğurlara nail olacaqlar.