Çovdar Filiz Emalı Sahəsinin Təmir-tikinti və energetika bölməsinin Layihəçi mühəndisi Sübhan Əsgərzadə dövr ər-zində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarmışdır. Həmkarımız podratçılar tərəfindən icra olunan işlərin idarə olunması, keyfiyyətinin artırılması istiqamətində lazımı tədbirlər həyata keçirmişdir. Sübhan, həmçinin təmir-tikinti layihələrinin icrası zamanı yaranan sənədləşmə işlərində aktiv iştirak edərək, prosesə öz töh-fəsini vermişdir. Eyni zamanda Cəmiyyət üçün gələcəkdə lazımı infrastrukturların qurulması məqsədilə icra oluna-caq tikinti-quraşdırma işlərində müasir texnologiyaların tətbiqi və işlərin optimallaşdırılması yönündə öz təkliflərini vermişdir.
Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.