Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin Strateji planlaşdırma və təhlil sektorunun Baş mütəxəssisi
Cəmiyyətin Strateji planlaşdırma və biznesin inkişafı şöbəsinin Strateji planlaşdırma və təhlil sektorunun Baş mütəxəssisi Emin Bəxtiyarlı vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan əməkdaşımız koronavirus pandemiyası ilə əlaqədar sərt karantin rejiminin hökm sürdüyü dövrdə şöbə qarşısında duran işlərin dəqiq və operativ qaydada icrası istiqamətində xüsusi fəallıq nümayiş etdirmiş, iqtisadi fəallıq və menecment hesabatlarının hazırlanması sahəsində vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş, şöbə rəhbərliyi tərəfindən qarşıya qoyulan digər aidiyyəti tapşırıqların da icrasını vaxtında təmin etmişdir.
Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Emin Bəxtiyarlı mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.
Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.