Gülzadə Mirzəməmmədova
Hüquq şöbəsi
Hüquqi ekspertiza sektoru
Baş hüquqşunas
Hüquq şöbəsinin Hüquqi ekspertiza sektorunun baş hüquqşünası Gülzadə Mirzəməmmədova ötən dövr ərzində peşəkarlığı və çalışqanlığı ilə fərqlənməyi bacarmışdır. Həmkarımız ayrı-ayrı müqavilələr üzrə əlaqəli sənədlərin hüquqi təhlilini müstəqil olaraq həyata keçirməklə Cəmiyyətdə biznes proseslərinin operativ icrasına öz səlahiyyətləri çərçivəsində töhfə vermişdir. O, hüquqi təhlil və analiz tələb edən mürəkkəb sorğular üzrə geniş araşdırma aparmaqla sorğuların dolğun və operativ cavablandırmasını təmin etmişdir. Bundan başqa, G.Mirzəməmmədova Hüquş şöbəsinin ümumi fəaliyyətinə, digər sektorların işinə dəstəyini göstərmiş, qanunvericilik aktlarına dəyişikliklərin kompleks təhlilində iştirak etmişdir. Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan G.Mirzəməmmədova mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.
Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.