“Çovdar” filiz email sahəsinin Geologiya və dağ-mədən işləri bölməsinin əməkdaşları
“Çovdar” filiz email sahəsinin Geologiya və dağ-mədən işləri bölməsinin baş geoloqu Tofiq İsmayılov və geoloqu Ramil Şahməmmədov vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş, səmərəli fəaliyyətləri ilə fərqlənməyi bacarmışlar. Geoloqlarımız mədən ərazisində filiz bloklarının istismarına birbaşa nəzarət edərək, filizin çirklənmə səviyyəsinin minimuma endirilməsinə nail olmuşlar. Məhz onların əzmkar əməyi sayəsində filizin çirklənməsi 1 faizə endirilmişdir ki, bu da Cəmiyyətin əməliyyat xərclərində ciddi qənaətə gətirib çıxarmışdır.
Geoloqlarımız “Tülallar” yatağında həyata keçirilmiş çöl geoloji-kəşfiyyat və kameral işlərdə də xüsusi fəallıq nümayiş etdirmiş, ölkəmiz üçün böyük iqtisadi əhəmiyyət kəsb edən layihənin uğurlu icrasına öz töhfələrini vermişlər.
Cəmiyyətimiz adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkar, zəhmətkeş fəaliyyətə görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.