VALİDƏ ƏDİLOVA

Hüquq şöbəsi

Normativ hüquqi təminat sektoru

Aparıcı hüquqşünas

 

Cəmiyyətin Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunun Aparıcı hüquqşünası Validə Ədilova ötən dövr ərzində işinə məsuliyyətli yanaşması, peşəkarlığı, çalışqanlığı ilə fərqlənməyi bacarmışdır. İxtisası üzrə dərin bilik və bacarıqlara sahib olan həmkarımız Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətlərinin tənzimləməsi məqsədi ilə hazırlanan prosedurlarının layihələrinin yoxlanılmasında, təkmilləşdirilməsində yaxından iştirak etmiş, müxtəlif qanunvericilik normalarının tətbiqinə dair dərin hüquqi təhlil tələb edən mürəkkəb məsələlərin araşdırılmasına, aidiyyəti qanunvericilik yeniliklərin operativ müəyyən edilməsinə, təhlilinə və Cəmiyyət əməkdaşlarına çatdırılmasına öz töhfəsini vermişdir. V.Ədilova yüksək peşə bacarıqları ilə yanaşı, mehribanlığı, səmimiyyəti və digər müsbət keyfiyyətləri ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.

 

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.