Aslanov Etibar İsgəndər oğlu

“Çovdar” filiz emalı sahəsinin Texniki xidmət və inzibati dəstək bölməsinin mexaniki təmir işləri üzrə nəzarətçisi

Cəmiyyətin “Çovdar” filiz emalı sahəsinin Texniki xidmət və inzibati dəstək bölməsinin mexaniki təmir işləri üzrə nəzarətçisi Etibar Aslanov vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan əməkdaşımız mədən ərazisində təmir-bərpa işlərinin həyata keçirilməsində böyük əmək sərf etmiş, hasilat işlərinin uğurlu icrasına öz töhfəsini vermişdir.
Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Etibar Aslanov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.


Cəlilova Firuzə Arzu qızı

Hüquq şöbəsinin Müqavilələrin idarəçiliyi sektorunun hüquqşünası
Cəmiyyyətin Hüquq şöbəsinin Müqavilələrin idarəçiliyi sektorunun hüquqşünası Firuzə Cəlilova yüksək peşəkarlığı və zəhmətkeşliyi sayəsində qarşıya qoyulan vəzifələri operativ, dəqiq və keyfiyyətli şəkildə icra edərək, nümunəvi fəaliyyətini ortaya qoymuşdur. Cəmiyyətin fəaliyyəti üçün xüsusi əhəmiyyət daşıyan və mürəkkəbliyi ilə seçilən müavilələrin hazırlanması, o cümlədən beynəlxalq müqavilələrin tərcüməsi sahəsində gərgin fəaliyyəti ilə fərqlənən əməkdaşımız işləri tam vaxtında və yüksək səviyyədə yerinə yetirməyi bacarmış, əlavə vaxt və vəsait itkisinin qarşısını almışdır.Peşəkar fəaliyyəti və nümunəvi xarakteri ilə Cəmiyyətdə xüsusi hörmət və nüfuz qazanmış Firuzə Cəlilova sektorun işindən kənar sorğular, rəylər, hüquqi məsələləri ümumi iş qrafikini axsatmadan çevik şəkildə cavablandırmış, Cəmiyyətin ümumi iş ahənginin təmin edilməsi üçün daimi olaraq əməkdaşlara aidiyyəti köməklik göstərmişdir.

Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.