Aqil Nəsibli
İnsan resurslarının idarəolunması şöbəsinin ÇFES üzrə Baş mütəxəssisi
İnsan resurslarının idarəolunması şöbəsinin “Çovdar” Filiz Emalı Sahəsi (ÇFES) üzrə Baş mütəxəssisi Aqil Nəsibli vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan həmkarımız bilik və bacarıqlarını ortaya qoyaraq ÇFES-də kadr işləri ilə bağlı nümunəvi xidmətlər göstərmiş, həmçinin işə qəbulla əlaqədar Daşkəsən və digər rayonlar üzrə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin vaxtında və düzgün istiqamətdə yönləndirilməsini həyata keçirmişdir.
Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Aqil Nəsibli mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.
Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.