Cəmiyyətin SƏTƏM şöbəsinin SƏTƏM üzrə mütəxəssisi Anar Əliyev vəzifə öhdəliklərini peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. İşinə daim məsuliyyətlə yanaşan əməkdaşımız işçi heyətin sağlamlığının qorunması üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair norma və qaydalar barədə təlimatlandırma, nəzarət tədbirlərini uğurla həyata keçirmişdir.
Həmçinin SƏTƏM şöbəsi üzrə müvafiq sənədləşmə işlərinin tam vaxtında icrasını təmin etmiş, yeni növ koronavirus pandemiyası ilə əlaqədar Cəmiyyətin inzibati binasında dezinfeksiya işləri və qoruyucu vasitələrin təşkili istiqamətində qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə icra etmişdir.
Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Anar Əliyev mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.
Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.