"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2025

15:15

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarət iştirakçıları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.