“AzerGold” QSC YAP-ın 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirib

21.11.2017

06:00

məkdaşının iştirak etdiyi aksiyada 200-dən çox ağac əkilib. Tədbirin əsas məqsədi respublika üzrə həyata keçirilməkdə olan iri miqyaslı yaşıllaşdırılma işlərinə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına töhfənin verilməsidir

Qeyd edək ki, il ərzində Çovdar filiz emal sahəsində həyata keçirilmiş ağacəkmə tədbirləri çərçivəsində ümumilikdə 10 hektardan çox ərazi yaşıllaşdırılmış, 6 mindən artıq ağac və kol əkilmişdir. 

Korporativ sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, yerli əhaliyə dəstək Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, son bir ayda qızıl mədəninin yerləşdiyi sahədə aparılan iməcilik zamanı 3000-dən artıq ot bağlaması, həmçinin 90 m3 budanmış ağac qırıntıları toplanıb, heyvandarlıq və təsərrüfatda istifadə üçün ehtiyacı olan kəndlilərə, yaxın ərazilərdə yerləşən məktəblərə bağışlanmışdır

“AzerGold” QSC cari ilin əvvəlindən etibarən Çovdar filiz emalı sahəsində qızıl və gümüş hasilatı ilə məşğuldur. Mədəndə çalışan 157 nəfər işçinin 90%-i, eyni zamanda mədənin fəaliyyətinin təşkili üçün Cəmiyyət tərəfindən cəlb olunan podratçı və subpodratçı şirkətlərdə çalışan 500 nəfərə yaxın işçinin böyük əksəriyyəti Daşkəsən və yaxın rayonları təmsil edir