“AzerGold” QSC-nin inzibati binasında Müşahidə Şurasının əyani iclası keçirilmişdir
31.07.2017
03:00
28 iyul 2017-ci il tarixində “AzerGold” QSC-nin inzibati binasında 2016-ci ilin və 2017-ci ilin birinci yarımilliyinin nəticələri üzrə Müşahidə Şurasının iclası keçirilmişdir.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri cənab Zakir İbrahimov Müşahidə Şurasının üzvlərini salamlayaraq ilk olaraq Cəmiyyətin yaranma tarixçəsi haqda iclas iştirakçılarına bəhs etmiş, məşğulluq və sosial məsuliyyət, ixracın təşkili, həmçinin ölkə iqtisadiyyatında qeyri-neft sektoru üzrə ixracın inkişafına dəstək, maliyyə vəsaitlərinin idarə olunması kimi istiqamətlərdə görülən işlər, eyni zamanda yaxın gələcəkdə icra edilməsi planlaşdırılan məsələlər haqda geniş məlumat vermişdir.
Müşahidə Şurasının üzvləri, Cəmiyyətin fəaliyyəti və işçi heyətinin peşəkarlığını çox yüksək qiymətləndirilərək, Cəmiyyətin qısa zaman ərzində gözlənilən nəaliyyətlərdən daha yüksək nəticələr əldə etdiyi qeyd edilmiş, habelə Cəmiyyətin fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının gələcəkdə dünya miqyasında mədən sənayesi ölkəsi kimi tanınmasına səbəb olacağı vurğulanmışdır.