“AzerGold” QSC-nin baş ofisində və filiz emalı sahəsində 20 Yanvar şəhidləri anılıb

19.01.2017

02:00

Yanvarın 18-də Bakıda “AzerGold” QSC-nin baş ofisində və Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib, qanlı yanvar şəhidlərinin xatirəsi anılıb.

Toplantı zamanı çıxış edən əməkdaşlar 27 il əvvəl baş vermiş hadisənin Azərbaycan tarixində əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, 20 yanvar tarixi xalqın yaddaşına qanlı hərflərlə yazılsa da eyni zamanda ölkənin müstəqillik mübarizəsinin başlanğıc tarixi kimi də qəbul edilməlidi. Azərbaycanın Sovet İmperiyasından ayrılmasının əsası bu hadisələrdən sonra qoyulmuşdur.

Bildirildi ki, ölkə rəhbəri İlham Əliyevin 20 Yanvar faciəsinə beynəlxalq müstəvidə layiqli qiymətin verilməsi üçün həyata keçirdiyi işlər hər il bu faciənin daha çox ölkədə qeyd olunmasına və yad edilməsinə səbəb olur. Prezidentin “20 Yanvar” faciəsinin ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında sərəncamı bu qürurlu tarixin unudulmamasına, gənc nəsillərə öyrədilməsinə kömək edir.