“AzerGold” QSC-də “ADA” Universitetinin tələbələri ilə görüş keçirilib

10.06.2019

07:00

7 iyun tarixində “AzerGold” QSC-nin baş ofisində “ADA” Universitetinin tələbələri ilə görüş keçirilib. Tədbir çərçivəsində “ADA” Universitetinin bakalavr və magistr tələbələri “AzerGold” QSC tərəfindən verilən mövzular ətrafında, o cümlədən insan resurslarının idarə olunması və dünyada mədənçilik sahəsində hazırda mövcud meqatrendlər və onların “AzerGold” QSC-də tətbiqi ilə bağlı apardıqları araşdırmaları təqdim ediblər. Araşdırmaların peşəkar artıma əhəmiyyətli təkan verdiyini bildirən tərəflər, əməkdaşlıqdan məmnun olduqlarını ifadə ediblər.

Qeyd edək ki, “ADA” Universitetinin tələbələri tərəfindən təqdim olunan araşdırmalar “AzerGold” QSC ilə Universitet arasında qəbul edilmiş fəaliyyət planı çərçivəsində baş tutub. 2018-ci ilin aprel ayında tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu “ADA” Universitetinin Fondu və “Karyera İdarəetmə Mərkəzi” ilə əməkdaşlıq, Universitetin ixtisasartırma proqramları vasitəsilə ”AzerGold” QSC-nin əməkdaşları üçün peşəkar inkişaf proqramlarının təşkil olunması, birgə tədqiqat layihələrinin keçirilməsi tədbirlərini əhatə edir.