“AzerGold” Kəlbəcərdə yerləşən sahədə ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb

20.10.2021

11:45

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Kəlbəcərdə yerləşən “Tutxun” təzahür sahəsində ilkin axtarış-kəşfiyyat işlərinə başlayıb.

QSC-nin axtarış-kəşfiyyat proqramına əsasən, ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılır. Belə ki, peyk vasitəsilə hiperspektral çəkiliş tədqiqatları həyata keçirilir, paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması kimi ilkin qiymətləndirmə işləri icra olunur. Gələn ilin aprel ayından isə genişmiqyaslı kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, “Tutxun” təzahür sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, gümüş və mis metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.