“AzerGold” II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sərgi stendi ilə təmsil olunub
26.09.2026
19:00
“AzerGold” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif panel sessiyaları ilə yanaşı, yerli şirkətlərin tanıtım sərgisində təmsil olunub.
Müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, aparıcı yerli və beynəlxalq şirkətlərin, maliyyə institutlarının və biznes dairələrinin nümayəndələrinin iştirak etdiyi Forum çərçivəsində dövlət şirkətinin istehsal etdiyi qızıl və gümüş məhsulları nümayiş etdirilib.
Həmçinin “AzerGold”un istehsalat sahələri, əsas fəaliyyət göstəriciləri, eləcə də həyata keçirdiyi sosial tədbirlər barədə audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılıb.




