“AzerGold” QSC-də ənənəvi qanvermə aksiyası keçirilib

26.11.2026

12:00

“AzerGold” QSC-də irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası təşkil olunub.

Aksiyada qurumun mərkəzi aparatı və törəmə müəssisələri olan “Daşkəsən Dəmir Filiz” MMC, “AzMC” MMC və “AzerBlast” MMC-nin əməkdaşları könüllü donor qismində iştirak edib.
Tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən sanitar-gigiyenik qaydalara uyğun şəkildə həyata keçirilib.  Donorlar qanvermədən əvvəl müvafiq tibbi müayinədən keçib, sağlamlıq vəziyyətləri qiymətləndirilib.

Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən keçirildikdən sonra talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün Respublika Qan Bankına təhvil veriləcək.