“AzerGold” QSC-nin əməkdaşları zirvə yürüşündə iştirak etdi
10.05.2017
00:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3 751 metr hündürlükdə yerləşən dahi şəxsiyyətin adını daşıyan “Heydər Zirvəsi”-nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunmuş kütləvi yürüşə “AzerGold” QSC-nin əməkdaşları qatılıb uğurla iştirak etmişdir.
Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, iştirakçilarımız hündürlüyü fəth edib, Ulu Öndərin əziz xatirəsini yad edərək dövlət bayrağımızı zirvədə ucaldıblar.
Yürüşdə iştirak edən “AzerGold” QSC-nin əməkdaşları Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası (ADEİNFA) tərəfindən sertifikatlarla təltif olunmuşlar.