“AzerGold” qızıl külçələrdə “Verify Bullion” texnologiyasının tətbiqinə başlayıb
19.03.2026
10:00
“AzerGold” QSC istehsal etdiyi qızıl külçələrinin yüksək keyfiyyət və etibarlılıq standartlarını daha da təkmilləşdirmək, həmçinin müştəri məmnuniyyətini artırmaq məqsədilə “Verify Bullion” innovativ texnologiyasının tətbiqinə başlayıb.
“Verify Bullion” texnologiyasının tətbiqi nəticəsində müştərilər hər bir qızıl külçənin üzərində yerləşdirilmiş QR kodu smartfon vasitəsilə oxudaraq məhsul haqqında ətraflı məlumat əldə edə bilərlər. Əlavə mobil tətbiqə ehtiyac olmadan QR kod vasitəsilə məhsulun istehsalçısı, unikal kodu, əyarı, istehsal tarixi və orijinallığının təsdiqi barədə məlumat təqdim olunur.