İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində investorlar üçün təqdimat keçirilib
26.09.2026
14:53
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Investment Lounge” sessiyasında “AzerGold” QSC-nin Filizçay polimetal, Söyüdlü (Zod) və Ortakənd qızıl yataqları üzrə layihələri təqdim olunub.
Təqdimat zamanı “AzerGold” QSC-nin Strateji planlaşdırma və layihələrin idarə olunması şöbəsinin müdiri İlham Mehraliyev sözügedən layihələrin mineral-xammal potensialı, resurs göstəriciləri və mümkün investisiya imkanları barədə ətraflı məlumat verib.



