“AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı ilk mətbuat konfransı keçirilib

24.02.2020

02:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 3 illik fəaliyyəti, xüsusilə də 2019-cu ildə əldə olunan uğurlar və qarşıda duran vəzifələrə həsr olunmuş ilk mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin hasilat, ixrac və satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə çoxsaylı uğurlar əldə etdiyini bildirib. “AzerGold”un hasilata başladığı ilk ildən mənfəətlə çalışdığını vurğulayan İdarə Heyətinin sədri bu qısa müddətdə QSC-nin nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrildiyini qeyd edib.

Zakir İbrahimov daha sonra qarşıda duran vəzifələrdən danışıb, istismara verilməsi planlaşdırılan sahələrlə bağlı geniş məlumat verib.

Bundan əlavə, mətbuat konfransında Cəmiyyətin sağlamlıq, əməyin təhlükəsizliyi, ekologiya siyasəti, korporativ sosial məsuliyyət və digər istiqamətlərdəki fəaliyyətindən geniş bəhs edilib, jurnalistləri maraqlandırılan suallar cavablandırılıb.

Tədbirdə həmçinin “AzerGold” QSC-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.