“AzerGold” QSC “Bilik Günü” münasibətilə məktəbliləri təbrik edib

15.09.2026

14:25

15 sentyabr – “Bilik Günü” münasibətilə “AzerGold” QSC Daşkəsən rayonunda birinci sinfə qədəm qoyan məktəbliləri sevindirib. 

“AzerGold”un fəaliyyət göstərdiyi regionlarda təhsil imkanlarının genişləndirilməsi və uşaqların inkişafına dəstək təşəbbüslərinin davamı olaraq "Çovdar" qızıl mədəninin ətrafında yerləşən ucqar kənd və qəsəbələrdə təhsilə başlayan 100 şagirdə məktəb ləvazimatlarından ibarət hədiyyə bağlamaları təqdim olunub.

Əziz məktəblilər, yeni tədris iliniz uğurlu, bilik və gözəl xatirələrlə zəngin olsun!