2017-ci ilin ilk 6 aylıq fəaliyyətinin hesabatına dair müşavirə
25.07.2017
07:00
24 iyul 2017-ci il tarixində "AzerGold" QSC-nin inzibati binasında 2017-ci ilin ilk yarım ilinin fəaliyyətinin hesabatına dair müşavirə keçirilmişdir. Müşavirə zamanı Cəmiyyətin müxtəlif şöbələri tərəfindən hesabatlar təqdim edilmiş, son altı ay ərzində görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verilmiş, qarşıda duran vəzifələr müzakirə edilmişdir.