Qızıl sikkələrin sertifikatı olmadıqda, həmçinin külçənin qablaşdırması zədələndikdə (açıldıqda, kəsildikdə, bir hissəsi qoparıldıqda və s.) məhsulun gerialışı təmin edilmir. Həmçinin, məhsul geri alınarkən “AzerGold” QSC-nin eksperti tərəfindən xüsusi cihazlarla yoxlanılır, əyarı 999.9-dan aşağı olan, eləcə də digər metal qarışıqlığı olan məhsullar mübadilə olunmur.