Zakir İbrahimov "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanı ilə təltif olunub
02.04.2021
09:47
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə yubiley döş nişanı ilə təltif olunub.
"Azərbaycan Həmkarlar İttifaqları – 115 il" nişanını təşkilatın adından Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov təqdim edib. QSC-nin İdarə Heyətinin sədri yubiley döş nişanı ilə təltif edilməsini böyük etimad kimi dəyərləndirərək təşəkkür edib. Z.İbrahimov təşkilatın kollektivinə həmkarlar ittifaqlarının hüquqlarının qorunması, onların üzvlərinin əmək, sosial, iqtisadi və qanuni mənafelərinin müdafiəsi istiqamətində fəaliyyətində uğurlar arzu edib.
Xatırladaq ki, "Azərbaycan Həmkarlar İttifaqları – 115 il" yubiley döş nişanının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən təsis edilib. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə dövlət xadimləri, ictimai xadimlər, beynəlxalq təmsilçilər və başqaları təltif olunurlar.