Zakir İbrahimov “AzerGold”un qocaman əməkdaşını təşəkkürnamə ilə təltif edib

08.04.2022

14:37

6 aprel tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətin (QSC) baş ofisində Cəmiyyətlə əməkdaşlığı başa çatan türkiyəli dağ-mədən mütəxəssisi Ferudun Aksanla görüş keçirilib.

Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov görüşdə F.Aksanın “AzerGold” QSC-nin mədən layihələrin icrasında xidmətlərindən bəhs edib, onun yerli dağ-mədən mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələrdən danışıb.

Bildirilib ki, F.Aksan mədən meneceri olaraq QSC-nin ilk mədən layihəsi - “Çovdar” mədənində hasilat və emal işlərinə başlanmasında aktiv iştirak edib, Cəmiyyətinin istehsal proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılmasında böyük əmək sərf edib.

Görüşdə İdarə Heyətinin sədri Cəmiyyətin fəaliyyətinə verdiyi uzunmüddətli səmərəli xidmətlərinə görə Ferudun Aksana kollektiv adından təşəkkür edib və qocaman mütəxəssisi təşəkkürnamə ilə təltif edib.