Tərkibində qızıl/gümüş metalları qalan aktiv karbonun (kömür) satışına dair elan

14.07.2020

13:02

ELAN 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində qiymətli metalların əldə edilməsi üçün aparılan adsorbsiya, desorbsiya və emal prosesi zamanı ayrılmış və təkrar istifadəsi mümkün olmayan, lakin tərkibində qızıl/gümüş metalları qalan 28 ton (nəmlik dərəcəsi çıxılmamış) aktiv karbonun satışı nəzərdə tutulur. Aktiv karbon alıcıya beynəlxalq standartlara uyğun, qablaşdırılmış şəkildə təklif olunur.

Alıcıya təklif olunan aktiv karbonla bağlı ətraflı məlumat

 (Beynəlxalq akreditasiyadan keçmiş şirkətin apardığı analizin nəticələri)

  • Aktiv karbonun kütləsi – 28 ton
  • İlkin nəmlik dərəcəsi – 27.18 %
  • Nəmlik dərəcəsi çıxıldıqdan sonra qalıq karbon çəkisi – 20.39 ton
  • Tərkibində olan Au (1 ton üçün) – 332.34 qr/ton, 10.68 oz/ton
  • Tərkibində olan Ag (1 ton üçün) – 258.6 qr/ton,  8.3 oz/ton.

Əlaqələndirici şəxs : Vəli Alməmmədov

Tel: +994 12 505 0202 (ext.1812), Mob: +994 (50) 666 40 55,

e-mail: v.almammadov@azergold.az