Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold”un nümayəndə heyəti Ankarada işgüzar səfərdə olub
28.10.2021
10:58
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov, İdarə Heyəti sədrinin müavini Azər Şükürov, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və QSC-nin Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayevin iştirak etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Texnik və Araşdırma qurumunun rəhbəri Yasin Ərdoğanın dəvəti ilə Ankara şəhərində işgüzar səfərdə olub.
Səfər çərçivəsində Azərbaycanda mədənçiliyin inkişafı, geoloji araşdırmalar və məlumat mübadiləsinin təşkili məsələləri ilə bağlı müzakirələr aparılıb, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı tərəflər arasında Anlaşma memorandumunun imzalanmasına dair qərar verilib