Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimovla görüşüb
15.05.2018
07:00
15 may 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə “AzerGold” QSC-nin sədri Zakir İbrahimov arasında tanışlıq görüşü keçirilib. Görüş zamanı geoloji-kəşfiyyat sahəsində birgə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.