“AzerGold” QSC-yə İdarə Heyəti sədrinin müavini təyin edilib
28.12.2018
02:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli 859 nömrəli Sərəncamına əsasən Xəyyam Oqtay oğlu Fərzəliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Bundan öncə X. Fərzəliyev Azərbaycanda və MDB ölkələrində məsul vəzifələrdə çalışıb.